CƏMİYYƏT
SOCAR rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibətilə SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkət nümayəndələri dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.
SOCAR rəhbərliyinin nümayəndələri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.