SİYASƏT
STALİN REJİMİ DÖVRÜNDƏ KRIM TATARLARININ DEPORTASİYASININ 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ
Dövlət başçısı xatırlatmışdır ki, 1944-cü ilin mayında 200 minə yaxın adam 70 eşelonla doğma torpaqlardan minlərlə kilometr uzağa sürgün edilmişdir. Krımda nə bir məscid, nə bir Krım-tatar məktəbi, nə də Krım-tatar dilində bir kitab qalmışdı. Bu torpağın “damğalanmış etnosla” bütün izlərini itirmək üçün 25 milyonluq kitab fondu məhv edilmiş, qəbirstanlar dağıdılmışdır.
Prezident bildirmişdir ki, müstəqil Ukrayna deportasiya olunmuş xalqa doğma torpağına qayıtmağa imkan vermiş, köçkünlərin yerləşdirilməsi ilə bağlı bütün problemləri öz üzərinə götürmüşdür.
İndi Krım Muxtar Respublikasında Krım-tatar xalqının 250 mindən artıq nümayəndəsi yaşayır. Ukrayna Nazirlər Kabinetinin qəbul etdiyi “Deportasiya olunmuş Krım tatarlarının və Krım Muxtar Respublikasına daimi yaşayış yerinə qayıdan digər millətlərin nümayəndələrinin yerbəyer edilməsi proqramı”na uyğun olaraq, 2005-ci ilədək bu məqsədlə hər il 50 milyon qrivna (təxminən 10 milyon ABŞ dolları) ayrılacaqdır. Bu vəsait əsas etibarilə mənzillərin, mühəndis kommunikasiyalarının, sosial-mədəni təyinatlı obyektlərin tikintisinə yönəldiləcəkdir.