SİYASƏT
“STAR” TELEVIZIYASI BAĞLANDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə Radio-Televiziya Ali Qurumunun qərarı ilə “Star” televiziya kanalı iyulun 28-dən 29-na keçən gecə saat 24.00-dan etibarən bir ay müddətinə bağlanmışdır. Bu qərara əsasən “Uzan qrupu”na məxsus daha dörd telekanal - “Star Maw”, “Kanal 6-(Anadolu)”, “Star-6”, “Star-8” kanalları da bir ay müddətinə bağlanacaqdır. “Star” televiziya kanalının rəhbərliyi qərarın ləğvi üçün məhkəməyə müraciət etmişdir. Ancaq buna baxmayaraq, beş televiziya kanalının hamısı məhkəmə qərarı elan olunmayana qədər bağlı qalacaqdır. Məhkəmə qərarı təsdiq edərsə, televiziya kanalları bir ay müddətində efirə çıxmayacaqlar. Televiziya kanallarını bağlamaq barədə qərar onların bir qrupun mənfəəti üçün yayımlanması ilə əsaslandırılır.