STATİSTİK YEKUNLAR SOSİAL-İQTİSADİ HƏYATIN DİNAMİK İNKİŞAFINDAN XƏBƏR VERİR
AzerTAg.az
Ötən il Ağsu rayonunda sosial-iqtisadi sahədə uğurlu nəticələr qazanılmışdır. Bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artması əhalinin real gəlirlərinə, nəticə etibarilə həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2003-cü ildə 73633 ton kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 11037 ton çoxdur.
2003-ci ildə mal-qaranın və davarın sayı 2669 baş, heyvandarlıq məhsullarının istehsalı isə 316 ton artmışdır.
Kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsalı bütünlükdə özəl sektorun payına düşür.
Bölgədə keçən il pərakəndə əmtəə dövriyyəsi 76 milyard 520 milyon manat təşkil etmişdir. Adambaşına orta aylıq əmtəə dövriyyəsi 97 min 829 manat olmuşdur ki, bu, əvvəlki ildəkindən 7726 manat çoxdur.
Sənaye məhsullarının ümumi həcmi də 2002-ci ilə nisbətən 8,6 faiz artmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var