ELM VƏ TƏHSİL
SUMQAYITDA MƏKTƏBLİLƏRİN OLİMPİADASI BAŞLANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında məktəblilərin fənlər üzrə şəhər olimpiadasının təntənəli açılışı olmuşdur.
Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov tədbir iştirakçılarına olimpiadanın keçirilməsi və onda iştirak qaydaları barədə məlumat vermişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, təhsil nazirinin müavini Elmar Qasımov, Sumqayıt Dövlət Universitetinin, Xəzər və Qafqaz universitetlərinin, özəl türk litseyinin rəhbərləri məktəbliləri şəhər olimpiadasının başlanması münasibətilə təbrik edərək, onlara təntənəli surətdə olimpiadanın iştirakçısı şəhadətnamələri təqdim etdilər və 1020 şagirdin hamısına yüksək nəticələr qazanmağı arzuladılar.
Mərasim ali məktəblərin bədii özfəaliyyət kollektivlərinin konserti ilə başa çatdı.