ELM VƏ TƏHSİL
SUMQAYIT MÜƏLLİMLƏRİ “AZƏRBAYCAN MÜƏLLİMİ” QƏZETİNİN YUBİLEYİNİ QEYD ETMİŞLƏR
Əvvəlcə qonaqlar – redaksiyanın əməkdaşları təhsil müəssisəsi ilə tanış olmuşlar. 1991-ci ildə yaradılmış litsey respublikanın ən yaxşı təhsil ocaqlarındandır. Ötən il litseyi bitirmiş 49 məzunun, demək olar, hamısı ali məktəblərə daxil olmuşdur. Onlardan 3-ü Prezident təqaüdçüsüdür. Bu məlumatı litseyin direktoru, respublikanın əməkdar müəllimi Minarə Tahirova vermişdir.
Sonra litseyin salonunda keçirilmiş konfransda təhsil sisteminin inkişafında, ümumtəhsil problemlərinin həllində “Azərbaycan müəllimi” qəzetinin rolu, istedadlı şagirdlərin üzə çıxarılması metodlarından istifadə edilməsi, məktəbin valideynlər və ictimaiyyətlə əlaqələri, müxtəlif fənlər üzrə tədrisin təşkili və digər mövzularda məruzələr dinlənilmişdir.
Maraqlı təkliflər, tövsiyələr verilmiş, qəzetin planlarından söhbət açılmışdır.
Sonra “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Valeh Mirzə müəllimlərin suallarına cavab vermişdir.