Saatlı rayon sakinində odlu silah aşkarlanaraq götürülüb
AzerTAg.az
Saatlı, 28 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Rəşad Quliyevin qanunsuz olaraq silah saxladığı müəyyənləşdirilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətindəki mebel sexindən bir ədəd “TOZ 8” markalı yivli silah və bir ədəd pnevmatik tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var