REGİONLAR


Saatlı sakinlərindən marixuana götürülüb

Saatlı, 16 sentyabr, Mahir Babayev, AZƏRTAC

Saatlı rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu Əliabad kənd sakini Aləm Heydərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatına baxış keçirilib, bu zaman oradan iki ayrı-ayrı sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.