REGİONLAR
Saatlıda gecə saatlarında qanunsuz fəaliyyət göstərən çayxananın fəaliyyəti dayandırılıb
Saatlı, 14 may, Aydın Yavərzadə, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.