REGİONLAR


Saatlıda sənaye məhsullarının istehsalı 5,3 faiz artıb

Saatlı, 18 may, Aydın Yavərzadə, AZƏRTAC

Bu ilin birinci rübündə Saatlıda 11 sənaye müəssisəsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 23 milyon 276,8 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 milyon 181,8 min manat və ya 5,3 faiz çoxdur. İstehsalın 92,8 faizi sənaye məhsulları, 7,2 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub.

Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal olunan sənaye məhsulu və xidmətlərin 92,8 faizi emal və mədənçıxarma sənayesi üzrə, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı payına düşür. Ümumi istehsalda özəl sektor 75,6 faiz, dövlət sektoru isə 24,4 faiz təşkil edib.

Mal və xidmətlərin 19 milyon 817,4 min manatı və ya 85,1 faizi hüquqi şəxslər, 3 milyon 459,4 min manatı və ya 14,9 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.