REGİONLAR


Saatlıda taxıl səpini yekunlaşmaq üzrədir

Saatlı, 5 dekabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda taxıl əkini yekunlaşmaq üzrədir. Səpin kampaniyasına mütəşəkkil başlayan rayon taxılçıları indiyədək 20 min 13 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1057 hektar çoxdur.

AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, səpin aparılan sahələrin 14 min 614 hektarı buğda, 5 min 61 hektarı isə arpa sahəsidir. Əkinçilər bundan sonra daha 500 hektar sahədə səpin aparmaq niyyətindədirlər. Sahibkarlar əkin zamanı daha çox rayonlaşdırılmış toxum sortlarına üstünlük veriblər.

Qeyd edək ki, saatlılı taxılçılar ötən il 20 min 438 hektar sahədə payızlıq taxıl əkiblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.