ELM VƏ TƏHSİL


Sabah direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanda fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

Xatırladaq ki, fevralın 19-da keçirilən sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və ya səhv cavablandırdıqları suallarla tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.