İDMAN


“Sabah”ın futbolçusu üçün yubiley matçı

“Sabah”ın futbolçusu üçün yubiley matçı

Bakı, 30 noyabr, AZƏRTAC

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Gürcüstanlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib.

AZƏRTAC xəbər verir ki, “Turan Tovuz”la səfər görüşündə sonradan meydana çıxan legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.

D.Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyun keçirib.

Qeyd edək ki, “Sabah” səfər matçında 1:0 hesablı qələbə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.