REGİONLAR
Sabirabadda 18 min tondan çox tərəvəz yığılıb
Sabirabad, 25 iyun, Mahir Babayev, AZƏRTAC
Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları yetişdirdikləri tərəvəz sahələrindən bu günədək 18 min 969,7 ton məhsul tədarük ediblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında sabirabadlı əkinçilər 3 min 437 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən xeyli çoxdur. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək 18 min 969,7 ton məhsul toplayıblar.
Tədarük olunan məhsulun 147,9 tonunu kələm, 147 tonunu bibər, 321,9 min tonunu xiyar, 6914,2 tonunu pomidor, 889,1 tonunu badımcan, 4429,8 tonunu soğan, 1964 tonunu sarımsaq, 2792 tonunu yerkökü, 276,6 tonunu isə digər tərəvəzlər təşkil edir. Əkinçilər, həmçinin 18 min 317 ton kartof da tədarük ediblər.
Rayonda tərəvəz yığımı davam edir.