REGİONLAR


Sabirabadda bıçaqlanma hadisəsi baş verib VİDEO

Sabirabad, 8 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı qaynını bıçaqlayan yeznə həyat yoldaşına və qayınanasına da xəsarətlər yetirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib. Məmişlər kənd sakini, 34 yaşlı Ramil Tarverdiyev qaynı 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğluna boğazından və döş qəfəsindən bıçaqla xəsarət yetirib və İlkin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Ramil Tarverdiyev qayınanası Zərbəliyeva Gülzar Nuru qızını və öz həyat yoldaşı Tarverdiyeva Hilalə Əlifağa qızına da xəsarətlər yetirib. Gülzar Zərbəliyeva beyin silkələnməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.