REGİONLAR


Sabirabadda məcburi köçkünlər üçün salınmış qəsəbəyə qaz xətti çəkilir

Sabirabad, 18 may, Mahir Babayev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış 614 nəfər sakinin yaşadığı 161 fərdi yaşayış evinə təbii qaz xətti çəkilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaz xəttinin çəkilişinə bu il mayın əvvəllərindən başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir. İş icraçısı İntiqam Dadaşov bildirib ki, qəsəbənin qazlaşdırılması üçün bu günə kimi birpilləli sistem əsasında ümumi uzunluğu 3200 metr olan metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Hazırda mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılır. Yaxın günlərdə işlər tam yekunlaşacaq.

Qəsəbə sakini zəngilanlı məcburi köçkün Azadəli Məmmədəliyev evlərə təbii qazın çəkilməsindən hədsiz sevinc hissi keçirdiyini bildirərək deyib: “2008-ci ildən burada yaşayırıq. Qış aylarında soyuqdan çox əziyyət çəkirdik. Evləri odun sobası ilə qızdırırdıq. Odun isə baha qiymətə satılır. Hamı ala bilmir. Prezidentimizin tapşırığı ilə artıq bu problemimiz öz həllini tapıb, qəsəbəyə qaz xətti çəkilir. Yaxın günlərdə evlərə təbii qaz veriləcək və biz “mavi yanacaq”dan istifadə edəcəyik”.

Sakinlər qəsəbəyə qaz xəttinin çəkilməsini dövlətimizin başçısının məcburi köçkünlərə göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.