CƏMİYYƏT


Sabirabadda sahibkarlarla görüşdə heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində şəffaflığın və operativliyin təmin edilməsi müzakirə olunub

Bakı, 9 dekabr. AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabadda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sabirabad, Saatlı, Neftçala, Salyan və Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan fermerlər, heyvandarlıq məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlar, rayon ictimaiyyətinin nümayəndələri və rayon baytarlıq idarələrinin əməkdaşları iştirak ediblər.

Görüşün keçirilməsində başlıca məqsəd sahibkarların diqqətini “Heyvan sağlamlığı sahəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair Tədbirlər planı”nda baytarlıq nəzarəti sahəsində risk əsaslı epizootoloji nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, baytarlıq mütəxəssislərinin peşəkarlığının yüksəldilməsi, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin, heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə əlaqədar tədbirlərin icrasına cəlb etməkdir.

Tədbirdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın və operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Həmin mövzuda Salyan, Ucar, İmişli, Ağcabədi və Bərdə rayonlarında da sahibkarlarla görüşlər keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.