REGİONLAR


Şabran rayonunda Təzəkənd yolu yenidən qurulur VİDEO

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrliyindən ayrılan Təzəkənd avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan yolun uzunluğu 3 kilometr, eni orta hesabla 8 metrdir. IV texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunda qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, yerinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, müəyyən hissələrdə isə əsasın alt layının hamarlanması işləri görülür.

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yenilənir. Sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yük və sərnişin daşımasını da asanlaşdıracaq. İşlərin qrafikə uyğun olaraq qısa müddətdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.