İQTİSADİYYAT


Şabranda “7-ci İnvestisiya səyahəti” təşkil olunub

Şabranda “7-ci İnvestisiya səyahəti” təşkil olunub

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə Şabran şəhərində "7-ci İnvestisiya səyahəti" tədbiri təşkil olunub.

BFB-dən AZƏRTAC-a bildirilib ki, Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olub.

Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi təşkil edilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.