REGİONLAR
Şabranda iki maşın toqquşub, beş nəfər xəsarət alıb
Şabran, 29 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 29-u axşam saatlarında Şabran rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran-Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “VAZ” markalı iki minik avtomobili toqquşub.
Xəsarət alan Şabran rayon sakinləri 1989-cu il təvəllüdlü Cəfərov Əliabbas Qulu oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyev Şaiq Əlibala oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyeva Sevda Əlibala qızı, 1970-ci il təvəllüdlü Nəğdəliyeva Xumar Əliabbas qızı və 1999-cu il təvəllüdlü Nəğdəliyev Osman Şaiq oğlu Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]