REGİONLAR


Şabranda iki yük maşını toqquşub

Şabran, 12 mart, Elxan Yusifli, AZƏRTAC

Gəndov-Yalama avtomobil yolunda “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri toqquşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Şabran rayonunun Söhbətli kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə hərəkətdə olan yük maşınlarının toqquşması nəticəsində qumla dolu “KamAZ” dərəyə aşıb.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.