Şabranlı təsərrüfatçılar üzüm yığımına hazırlaşırlar VİDEO
AzerTAg.az
20.07.2018 [16:22]
Şabran, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.
Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var. Təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər üzümçülük sahəsində məhsul istehsalında artım müşahidə olunur. 2017-ci ildə rayonda 2 min 521 ton üzüm istehsal edilib.
Rayonda bu sahədə müsbət təcrübə əldə etmiş nümunəvi müəssisələr var. Rayonun Gəndov , Ağbaş kəndlərində yüksək texnologiyalarla müasir tələblərə uyğun yeni üzümçülük təsərrüfatları salınıb.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bildirir ki, ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 1000 tondan çox məhsul əldə olunub. Fermerlər bu il məhsuldarlığın bu göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.
Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
28.05.2023 [20:03]
28.05.2023 [13:55]
28.05.2023 [13:03]
28.05.2023 [10:00]
Şabran, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.
Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var. Təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər üzümçülük sahəsində məhsul istehsalında artım müşahidə olunur. 2017-ci ildə rayonda 2 min 521 ton üzüm istehsal edilib.
Rayonda bu sahədə müsbət təcrübə əldə etmiş nümunəvi müəssisələr var. Rayonun Gəndov , Ağbaş kəndlərində yüksək texnologiyalarla müasir tələblərə uyğun yeni üzümçülük təsərrüfatları salınıb.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bildirir ki, ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 1000 tondan çox məhsul əldə olunub. Fermerlər bu il məhsuldarlığın bu göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.
Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.







Xəbərin mətnində orfoqrafik səhv var