CƏMİYYƏT
Sabunçu və Suraxanı rayonlarında yeddi kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 8 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev paytaxtın Sabunçu rayonu ərazisində saxlanılıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkarlanıb.
İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində yaxalanıb.
Axtarış zamanı ondan 1 kiloqramdan çox heroin, 495 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.