İQTİSADİYYAT


Sabunçu və Suraxanı rayonlarını birləşdirən yol yenidən qurulub VİDEO

Bakı, 11 may, AZƏRTAC 

Bakı şəhərinin mühüm nəqliyyat arteriyası hesab olunan yolların yenidən qurulması işləri davam etdirilir. Bu çərçivədə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yeni, müasir görkəmdə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolun uzunluğu 5,1 kilometr, yolun 1,6 kilometri 4 hərəkət zolaqlı olmaqla eni 20 metr, 3,5 kilometri isə 2 hərəkət zolaqlı olmaqla eni 8 metrdir. Layihəyə uyğun olaraq, tikinti norma və qaydalarına əsasən, asfaltlanma işlərinə başlanılıb. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkisi 5200 kvadratmetr sahədə bərpa olunub, yolboyu köhnə səki daşları yenisi ilə əvəz edilib. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yolboyu 60 min kvadratmetrədək sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb.

Təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yolboyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Görülən bu işlər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.