REGİONLAR


Şagirdlər Təlim Mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər VİDEO

Ordubad, 23 aprel, AZƏRTAC

Muxtar respublikanın Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Təlim Mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan məşğələdə müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıq barədə şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.