ELM VƏ TƏHSİL
Şagirdlər arasında rəsm müsabiqəsi: Müəllimim məni qoruyur
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Uşaqların müdafiə ayı” çərçivəsində I-XI sinif şagirdləri arasında keçirdiyi “Müəllimim məni qoruyur” rəsm müsabiqəsi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi şagirdlərin xəyal dünyasını inkişaf etdirmək, onların müdafiəsində müəllimin roluna və töhfəsinə diqqət çəkməkdir.
Müsabiqənin şərtləri:
- Rəsm işləri mayın 20-dək [email protected] elektron ünvanına göndərilməlidir;
- Elektron məktubun mövzu bölməsində şagirdin adı, soyadı və oxuduğu məktəb qeyd olunmalıdır.
Qeyd edək ki, göndərilən rəsm işləri mayın 25-dən 30-dək AGMA-ın rəsmi feysbuk səhifəsində yayımlanacaq. Bütün əsərlərdə müəllifin adı, soyadı və oxuduğu məktəb haqqında məlumat qeyd olunacaq. Sonda ən çox bəyənmə toplayan əsərin müəllifi qalib olacaq. Qalibin adı iyunun 1-də elan ediləcək. Qalibə AGMA tərəfindən sertifikat və kitab kuponu təqdim olunacaq.