CƏMİYYƏT


“Sağlam məktəbli” layihəsi daha üç ünvanda şagirdlərin görüşünə gedib

Bakı, 16 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirdiyi növbəti görüşlər Tərtər rayonundakı 6, Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəblərin və Hacıqabul rayon 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri ilə olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsində iştirak etməyi tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.