CƏMİYYƏT


“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb işçilərinə təlimlər davam edir

Bakı, 17 iyul, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizəyə dəstək məqsədilə tibb işçiləri üçün keçirilən təlimlər davam etdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamenti ilə əməkdaşlıq çərçivəsində şəhər və rayonlarda yerləşən xəstəxanalarda fəaliyyət göstərən infeksiyaların profilaktikası və nəzarəti (İPN) komitələrinə təlim keçirilib.

Təlimlərin keçirilməsində məqsəd tibb müəssisələrində İPN tədbirlərinin qiymətləndirilməsi missiyaları ilə müəyyən edilmiş ehtiyacların qarşılanmasıdır.

Məlumata əsasən, 56 tibb işçinin qatıldığı təlimdə ÜST-nin İPN-lə bağlı əsas komponentlərinə əsaslanmaqla komitələrinin işinin effektiv şəkildə təşkil edilməsi, o cümlədən mövcud İPN tədbirlərinin müstəqil şəkildə monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumatlar paylaşılıb.

Qeyd edək ki, İPN komitələrinin bilik və bacarıqlarının artırılması təkcə COVID-19 və digər yoluxucu xəstəliklərin yayılmasına qarşı deyil, eyni zamanda, antimikrob preparatlara qarşı rezistentlik və xəstəxana daxilində infeksiyaların yayılmasına qarşı daha yaxşı mübarizə aparmağa kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.