CƏMİYYƏT


Sağlamlıq və davamlı inkişaf məsələləri üzrə Ümumavropa Komissiyası yaradılır

Bakı, 12 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu Sağlamlıq və davamlı inkişaf məsələləri üzrə Ümumavropa Komissiyası yaratmağı planlaşdırır.

AZƏRTAC ÜST-nin rəsmi saytına istinadla xəbər verir ki, Komissiyanın vəzifəsi pandemiya kontekstində siyasətin prioritet istiqamətlərini dərk etməkdir.

Komissiya müvafiq faktiki məlumatları araşdıraraq müxtəlif ölkələrin səhiyyə sistemlərində COVID-19 pandemiyasına necə münasibət göstərilməsindən nəticə çıxaracaq, tibbi və sosial xidmətlər sisteminin stresə davamlılığını artırmağa yönəldilmiş investisiyalar və islahatlar barədə tövsiyələr hazırlayacaq.

Komissiya bu tövsiyələrə münasibətdə konsensus formalaşdırılması üzərində işləyəcək, ictimai və siyasi prioritet kimi tibbi və sosial xidmətlərin əhəmiyyətini artıracaq, sosial həmrəyliyin formalaşdırılmasında və davamlı inkişafında bu konsensusun mühüm rolunu təbliğ edəcək.

Komissiyanın rəhbəri İtaliya hökumətinin keçmiş sədri, Avropa İttifaqının sabiq komissarı, Luici Bokkoni adına Kommersiya Universitetinin prezidenti professor Mario Monti olacaq. Komissiyanın tərkibinə sabiq dövlət və hökumət başçıları, həyat haqqında elm sahəsində çalışan görkəmli alimlər, iqtisadçılar, tibbi və sosial xidmət sahələrinə kuratorluq edən idarələrin rəhbərləri, işgüzar dairələrin liderləri və maliyyə müəssisələrinin rəhbərləri daxil olacaq.

ÜST-nin Avropa Regional Bürosunun direktoru doktor Hans Klyuge deyib: “Bizim məqsədimiz siyasi gündəlikdə sağlamlığa davamlı inkişaf sahəsində hədəflər kontekstində prioritet yer ayırmaq, ÜST-nin Avropa regionuna daxil olan 53 üzv dövlətdə tibbi və sosial xidmətlər sistemlərinin davamlılığını artırmaqdır. Biz fəxr edirik ki, nüfuzlu və möhtərəm lider, İtaliya üçün çətin vaxtda bu ölkənin hökumətinin sədri və Avropa İttifaqının komissarı vəzifəsini tutmuş, hazırda Luici Bokkoni adına Universitetin prezidenti olan professor Mario Monti komissiyanın sədri olmağa razılıq verib. Bu yeni Ümumavropa Komissiyası Ümumavropa liderləri şəbəkəsinin, siyasəti formalaşdıranların alimlərin və vətəndaş cəmiyyətin nümayəndələrinin kollektiv biliklərindən və təcrübəsindən ÜST-nin Avropa regionunda tibbi və sosial xidmət sistemlərinin gələcəyi barədə mühüm məsələlərin təyin olunması və onlara cavab axtarışı məqsədilə istifadə edəcək”.

Komissiyanın təsis müşavirəsi avqustun 26-da keçiriləcək. Həmin müşavirədə ÜST-nin Baş direktoru doktor Tedros Adhonom Gebreyesus və ÜST-nin Avropa Regional Bürosunun direktoru doktor Hans Klyuge Komissiyanın işinə start verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.