REGİONLAR
Şahbuz Tarix-Diyarşünaslıq Muzeyi müasir binada fəaliyyət göstərəcək
Şahbuz, 3 mart, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisi davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2 mərtəbədən ibarət olacaq binada geniş sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, bərpaçı rəssam, texniki işçilər üçün otaqlar və foye nəzərdə tutulub.
Binada son tamamlanma işləri görülür. Ümumilikdə, 591 kvadratmetr sahəni əhatə edəcək yeni muzey binasında ziyarətçilərə tariximizin təbliği üçün geniş şərait yaradılacaq.
Qeyd edək ki, bu gün muxtar respublikanın hər bir rayonunda kompleks tikinti-quruculuq işləri uğurla davam etdirilir. Tariximizi özündə yaşadan, qoruyan və gələcək nəsillərə çatdıran muzeylərimiz də bu qayğıdan kənarda qalmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]