Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şahbuz rayonunun Kiçikoba kəndində quruculuq işləri aparılıb

Şahbuz, 29 avqust, AZƏRTAC

Bu gün ölkəmizin iqtisadi gücü onun hər bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür. Şəhər və kəndlərdə yaradılan infrastruktur, tikilən sosial obyektlər insanların rahat yaşayışının təmin olunmasına xidmət edir. Hər il muxtar respublikanın kəndlərində geniş tikinti quruculuq işləri aparılır. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə Naxçıvan kəndlərini abadlığa, müasirliyə qovuşdurub. Həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilib.

Kiçikoba-Daylaqlı kənd avtomobil yolu

 yenidən qurulub

Hər bir yaşayış məntəqəsinin inkişafında başlıca amil yol infrastrukturudur. Ona görə Naxçıvanda magistral və kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, 4150 metr uzunluğunda kənd yolları genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 49 su keçidi, 1 selötürücü və beton kanal tikilib. Yolun yenidən qurulması Kiçikoba və Daylaqlı kəndləri arasında təhlükəsiz və rahat hərəkətin təmin olunmasına imkan verəcəkdir.

Kiçikobada yeni kənd mərkəzi tikilib

Avqustun 29-da Kiçikoba kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.

İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılıb, lazımi şərait yaradılıb. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-mama məntəqəsi yerləşir.

Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanıb. Bildirilib ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur, sahələrdən bol məhsul götürülür. Yaradılan şərait məskunlaşmanı artırıb. Hazırda kənddə 4 yeni mənzil tikilir.

Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılıb, lazımi tibbi avadanlıqlar qoyulub. Məntəqə ilə tanışlıq zamanı kənd sakinlərinin, xüsusilə hamilə qadınların və uşaqların sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verilib.

Kənddə yeni xidmət mərkəzi

 istifadəyə verilib

Həmin gün Kiçikoba kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 3 nəfər işlə təmin olunub. Bildirilib ki, mağazada yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir, sakinlərin gündəlik tələbatı nəzərə alınır.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri kənddə aparılan quruculuq işlərinə görə sakinləri təbrik edərək deyib: Kiçikoba və Daylaqlı kəndləri bir inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə edirlər. Ötən il Daylaqlı kəndində quruculuq işləri aparılmışdır. Bu il isə Kiçikoba kəndində yeni sosial obyektlər tikilmiş, kənd abadlaşdırılmışdır. Həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər iki kəndə yeni içməli su xətləri çəkilmiş, mənzillər daimi və keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Ali Məclisin Sədri deyib: Kiçikoba kəndinin təbii şəraiti burada müxtəlif təsərrüfat sahələrinin - maldarlığın, heyvandarlığın, bağçılığın və əkinçiliyin inkişaf etdirilməsinə imkan verir. Rayon mərkəzinə yaxın ərazidə yerləşməsi isə istehsal olunan məhsulların rahat formada bazara çıxarılmasına şərait yaradır. Kənddə abad yol, müasir məktəb binası, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq və feldşer-mama məntəqəsi, içməli və suvarma su təminatı vardır. Əhaliyə dayanıqlı enerji və rabitə xidməti göstərilir. Təsərrüfatların inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən kreditlər verilir. Bir sözlə, Kiçikoba kəndində aparılan quruculuq işləri və yaradılan şərait bir kəndin timsalında müasir Azərbaycan kəndinin inkişafını göstərir. Kənddə həyata keçirilən tədbirlər imkan verəcəkdir ki, sakinlər ölkəmizin inkişafına öz töhfələrini versinlər. Bunun üçün təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, məskunlaşma artmalı, uşaqlar yaxşı təhsil almalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kəndin abadlığı daha da artırılmalıdır.

Ali Məclisin Sədri kəndin zəhmətkeş insanlarının göstərilən dövlət qayğısından səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb.

Kənd sakini İsmayıl İsmayılov minnətdarlıq edərək deyib: Kiçikoba kəndində geniş quruculuq işləri aparılıb. Yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Əhalinin içməli, təsərrüfatların isə suvarma suyuna olan tələbatı tam ödənilib. Dayanıqlı elektrik enerjisindən, təbii qazdan və rabitə xidmətindən istifadə edirik. Bu abadlıq insanların rahat yaşamasına, təsərrüfatla məşğul olmasına geniş imkanlar açır. Sakinlər kənddə görülən quruculuq işlərini, yaradılan şəraiti ölkəmizdə insan amilinə verilən qiymət kimi dəyərləndirirlər. Çalışacağıq ki, kəndimizin abadlığını qoruyub saxlayaq, ölkəmizin inkişafına öz töhfəmizi verək.

x x x

Kiçikoba kəndində quruculuq işləri aparılarkən rabitə, elektrik və qaz xətləri də yenilənib. Kənddə 400 metr müxtəlif tutumlu rabitə xətti, 800 metr elektrik xətti, 510 metrlik qaz xətti çəkilib, rabitə və elektrik dirəkləri dəyişdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub