İQTİSADİYYAT


“Şahdəniz-2”nin dərinsulu şərq-cənub cinahından hasilata başlanması ilin ikinci rübünə planlaşdırılır

“Şahdəniz-2”nin dərinsulu şərq-cənub cinahından hasilata başlanması ilin ikinci rübünə planlaşdırılır

Bakı, 4 fevral, AZƏRTAC

2020-ci il ərzində “Şahdəniz-2” layihəsi yatağın şərq-cənub cinahından təbii qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, “İsrafil Hüseynov” borudüzən gəmisi hər biri 18,3 kilometr uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırıb. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirilib.

Dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.