SİYASƏT


Sahibə Qafarova: Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopla telefonla danışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sahibə Qafarova öz “Twitter” səhifəsində paylaşım edib.

Milli Məclisin Sədri bildirib: “Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.