İQTİSADİYYAT


Sahibkar və menecerlər üçün onlayn tədbir keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə startap layihələrinin yaradıcıları, sahibkar və menecerlər üçün “Dəyişikliklərin idarə olunması və innovasiyalar” mövzusunda onlayn tədbir keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə təşkil olunmuş onlayn tədbirdə təlimçi Leyla Sultanlı tərəfindən idarəetmə prosesindəki dəyişikliklər, bu dəyişikliklərin idarə edilməsi üsulları, innovasiyaların tətbiqi, startap və innovasiya ekosistemi ilə bağlı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə turizm, konsaltinq, kənd təsərrüfatı, qida və digər sahələrdə fəaliyyət göstərən 30-dək startap, sahibkar və menecer iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.