İQTİSADİYYAT


Sahibkarlar üçün “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 6-11-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən videokonfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək.

ASK-dan AZƏRTAC-a bildirilib ki, onlayn seminarın əsas məqsədi assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması, nəticə etibarilə sahibkarlığın inkişafına töhfə verilməsindən ibarətdir.

Seminarda təşkilatın strukturu, dövlət-özəl dialoq, lobbiçilik, üzvlük, beynəlxalq layihələr, biznes xidmətləri müzakirə ediləcək. Seminara iyulun 3-nə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9  qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.