ELM VƏ TƏHSİL


“Sahibkarlıq” modulu tələbələrdə sahibkar düşüncə tərzinin formalaşması baxımından əhəmiyyətlidir

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində peşə təhsili müəssisələri üçün hazırlanmış “Sahibkarlıq” modulunun təqdimatı keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, layihənin ekspert və nümayəndələri, peşə təhsili müəssisələrinin müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər son illər peşə təhsilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, peşə təhsili və təliminə dair strateji yol xəritəsində peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, “Sahibkarlıq” modulu tələbələrdə sahibkarlıq bacarıqlarının aşılanması, onlarda sahibkar düşüncə tərzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Tədbir peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulunun tətbiqinə dair təlimlə davam etdirilib. Təlimçilər modulun strukturu, illik və gündəlik dərs planının hazırlanmasına dair təqdimatla çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.