REGİONLAR
Sahil Şahmuradov: Kəndimizə çəkilən elektrik xətti arzularımıza yaşıl işıqdır
Astara, 21 sentyabr, AZƏRTAC
Astara rayonunun Sekaşan kəndində anadan olmuşam. Kəndimiz dağlıq ərazidə, sıx meşəlik arasında yerləşdiyindən buraya gediş-gəliş də az olur. İyirmi dörd yaşım var, ikinci qrup əliləm. Anadan olduğum gündən indiyədək kəndimizdə işıq olmayıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Astara rayonunun Sekaşan kənd sakini Sahil İsmayılov deyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Sekaşan kəndinə işıq xətti çəkilməsinin yeli sakinlər tərəfindən böyük razılıqla qarşılandığını vurğulayan Sahil İsmayılov deyib: “Hər gün işıq çəkənlərə baş çəkirəm, onlara lazımi kömək göstərirəm. Qardaşım da onlarla bir yerdə işləyir. Böyük arzularla yaşayırıq. Kəndimizə çəkilən elektrik xətti arzularımıza yaşıl işıqdır. İşıq olandan sonra internet xətti də olacaq. Televizora baxıb ölkəmizdə, o cümlədən dünyada baş verənlərdən xəbərimiz olacaq. Bu arzumuza qovuşmağa o qədər də çox vaxt qalmayıb. Hamımız sevinc içindəyik. Bizə bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarıq”.