Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şahin Rəhmanlı: “İrəli” İctimai Birliyi il ərzində 40 layihə həyata keçirib

Şahin Rəhmanlı: “İrəli” İctimai Birliyi il ərzində 40 layihə həyata keçirib

Bakı, 7 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, Vətənə sadiq, sağlam, rəqabətədavamlı və milli ruhda formalaşması istiqamətləri üzrə 13 ilə yaxındır fəaliyyət göstərən aparıcı gənclər təşkilatlarından biridir. Fəaliyyətə başladığımız ilk gündən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin daha geniş şəkildə həyata keçirilməsinə töhfələrimizi verməyə çalışırıq. Bu məsuliyyət “İrəli”nin öz fəaliyyətini planlı şəkildə davam etdirməsinə əsaslı zəmin yaradıb.

Bunu “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı rəhbərlik etdiyi təşkilatın cari ildəki fəaliyyətinin yekunları ilə bağlı AZƏRTAC-a məxsusi açıqlamasında bildirib.

İctimai Birliyin 2021-ci ildə də qarşıya qoyulan hədəflərə nail olduğunu vurğulayan Ş.Rəhmanlı deyib: “Təşkilat olaraq məhsuldar fəaliyyət göstərdik. Gənclərin hərtərəfli inkişafına töhfə vermək məqsədilə bir il ərzində 40 genişmiqyaslı layihə həyata keçirilib. Cari ilin əvvəlində keçirilən “Tarixin canlı şahidləri”, “Məndən başlanır Vətən!” və “Onun gözündən Azərbaycan” adlı tədbirlər gənclərdə 1990-cı illərin əvvəllərində ölkəmizdə baş vermiş hadisələr, Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı və onun tanıdılması, sonrakı dövrdə ordu quruculuğu haqqında aydın təsəvvürün formalaşdırılması məqsədi daşıyıb. Ümumilikdə 500-dən çox “İrəli” gənci adıçəkilən tədbirlərə qoşulub. Pandemiyanın ölkədə və dünyada geniş yayılması gənclərin asudə vaxtının səmərəli təşkili, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması istiqamətində həyata keçirilən “Rəqəmsal ay” (All Digital Month) layihəsinə müraciətləri daha da stimullaşdırdı. Layihə çərçivəsində ümumilikdə 650-dən çox gəncin müraciəti qeydə alınıb. Onlardan 517-si həyata keçirilən tədbirlərdə iştirak hüququ qazanıb”.

“İrəli” İctimai Birliyinin sədri qeyd edib ki, Azərbaycan gəncliyinə ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu aşılamaq məqsədilə müxtəlif fəaliyyətləri özündə birləşdirən “Action Week” layihəsi çərçivəsində “Ulu Öndərlə keçmiş və bu gün” adlı fotokonkurs həyata keçirilib. Gənclərimizi 1918-ci ildən Zəfər Günümüzə aparan yolun nə qədər şərəfli və bir o qədər də çətin olması haqqında məlumatlandırmaq məqsədilə “Tarixin ədaləti: Cümhuriyyətdən Böyük Zəfərə Azərbaycan” layihəsi icra olunub. Gənclərimizə komandada işləmə bacarıqlarını aşılamaq və intellektual oyunlara maraqlarının artırılması üçün “Nə? Harada? Nə zaman?”, informasiya texnologiyaları sahəsində təhsil alan və bu sahəyə marağı olan gənclərə ilkin anlayışlarla bağlı maarifləndirmək məqsədilə “Introduction to IT” layihələri də uğurla başa vurulan layihələr sırasındadır.

Qeyd olunub ki, “İrəli” İctimai Birliyi gənclərdə sağlam həyat tərzinin formalaşması, onlara Zəfər ruhunun aşılanması, gənclərin intellektual bilik və bacarıqlarının artırılması, rəqabətədavamlı və hərtərəfli inkişafı istiqamətində qısa müddətdə böyük uğurlara imza atıb. Belə ki, təşkilat il ərzində 600-dən çox gənci əhatə edən “Birlik turniri”, “Marş İrəli-Göygöl”, “YayFest: Vətənpərvərlik düşərgəsi”, “Gənclər Kuboku: Hərb Oyunları”, “Marş İrəli-Naxçıvan” kimi genişmiqyaslı layihələrin təşkilatçısı və tərəfdaşı olub. Bununla yanaşı, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində ziyarət olunub, igid qəhrəmanlarımızın şücaəti, sarsılmaz Vətən eşqi videoçarxlar vasitəsilə ölkə ictimaiyyətinə çatdırılıb.

İctimai Birliyin sədri vurğulayıb ki, Azərbaycan gəncliyinin siyasi, iqtisadi və humanitar sahələrdə biliklərini artırmaq, onların hərtərəfli inkişafı və maarifləndirilməsinə dəstək olmaq məqsədilə keçirilmiş “Gənclərin siyasi savadlılığının artırılması” layihəsi, sosial iş ixtisası üzrə təhsil alan və bu sahədə özünü inkişaf etdirmək, həmçinin praktiki biliklərə yiyələnmək istəyən gənclər üçün reallaşdırılan “Essentials of social work” və bir sıra digər layihələrin icraları da uğurla həyata keçirilib. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkili, mövcud pandemiya şəraitində fərqli istiqamətlər üzrə maarifləndirilmələri, gənclər üçün daha yaxşı imkanların yaradılması, təlimçilər, fasilitatorlar, müəllimlər və eləcə də gənclərlə işləyən şəxslərin, gənclər təşkilatları və mərkəzlərinin fəaliyyətlərini daha yaxşı təşkili üçün resursların yaradılması üzrə Birlik tərəfindən işçi qrupları yaradılıb. Bu layihə çərçivəsində indiyə kimi onlarla gənclə iş mövzusuna aid kitablar dilimizə tərcümə edilib, beynəlxalq təcrübə araşdırılır və qabaqcıl təcrübələr işimizə tətbiq edilir. Gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üzrə sorğuların təşkili, maraq dairələrinə uyğun məqalələrin hazırlanması da bu qəbildən görülən işlərə aiddir.

“Bu günlərdə “İrəli” İctimai Birliyi “İZ” layihəsinin keçirilməsinə hazırlaşır. Layihənin məqsədi adından görüldüyü kimi, Azərbaycanın dövlətçilik tarixində, ordu, mədəniyyət, milli-mənəvi dəyərlər, incəsənət, sənətkarlıq, elm tarixində iz qoymuş əlamətdar hadisələr, görkəmli şəxsiyyətlərin gənclərə tanıdılması, Azərbaycanın və onun xalqının nə qədər qədim və sağlam köklərə sahib olduğunu aşılamaqdır.

“İrəli” İctimai Birliyinin qarşısına qoyduğu əsas fəaliyyət istiqamətlərindən danışan Şahin Rəhmanlı bildirib ki, bu istiqamətlərdən biri də sağlam düşüncəli gəncliyin inkişafına nail olmaq, onların fəaliyyətlərinin stimullaşdırılması və innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində də gənclərə yaxından dəstək göstərmək və layihə təkliflərinin həyata keçirilməsinə münbit şərait yaratmaqdır. Ümumilikdə keçirilmiş layihələr çərçivəsində 13 min 236 gəncin müraciətinə baxılıb. Onlardan 6493-ü birbaşa olaraq layihələrdə iştirak hüququ qazanıb. İştirakçıların 70 faizdən çoxu region gəncləri olub. Layihələr müddətində müxtəlif mövzularda 160 təlim sessiyası təşkil edilib. Əlamətdar günləri özündə əks etdirən 25 müxtəlif təlim proqramı, həmçinin 27 tədbir vasitəsilə ümumilikdə 1300-dən çox gənc görüşlərdən yararlanıb.

“İrəli” İctimai Birliyi fəaliyyətinin daha geniş auditoriyaya çatması məqsədilə mətbuat orqanları ilə də sıx əməkdaşlıq edir. Birliyin son bir il ərzində 75 mövzuda xəbəri 50-dən çox kütləvi informasiya vasitələrində işıqlandırılıb, 10-dan çox qəzetdə 41 nüsxədə, 9 müxtəlif televiziya kanalında 21 verilişdə yer alaraq mütəmadi reallaşdırılan tədbirlər barədə gənclər məlumatlandırılıb.

“Düşünürəm ki, bir il ərzində məhsuldar və səmərəli fəaliyyət göstərdik. Gördüyümüz işlərlə bağlı nəticələr onu deməyə əsas verir ki, biz seçilən gənclər təşkilatlarından olduq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, genişmiqyaslı layihələrimizlə yenə də regionlarda gənclər üçün faydalı işlər görməyə, bizə çatmayan gənclərə çatmağa çalışdıq. Keyfiyyətli iş ortaya qoyaraq dövlət-QHT özəl əməkdaşlığını qurduq, hesabatlarımızda hər zaman xüsusi olaraq seçildik. Pandemiya dövrünə baxmayaraq, beynəlxalq fəaliyyətimiz dayanmayıb, 15-ə yaxın “İrəli” gənci bu fəaliyyətlərdə iştirak edib. Üç gəncimiz Avropa Həmrəylik Korpusu proqramı üzrə uzunmüddətli könüllülük proqramında iştirak edib. Onların ikisi Almaniyada, biri isə Avstriyada könüllülük təcrübəsindən yararlanıb. Daha bir “İrəli” üzvü Polşaya göndərilib. Gənclərimiz qısamüddətli beynəlxalq layihələrdə də iştirak ediblər. Buna misal olaraq altı gəncimiz Trabzon şəhərində keçirilən “XXI əsrin problemlərinə reaksiya” adlı “Erasmus+” layihəsində, bir gəncimiz “Youth for Exchange and Understanding” beynəlxalq təşkilatı tərəfindən Brüsseldə həyata keçirilən 2022-2025-ci illər üzrə stratejik planlaşdırma görüşündə və daha bir gəncimiz həmin təşkilatın Yunanıstanın Saloniki şəhərində təşkil etdiyi “Disconnect - take your power back” layihəsində iştirak edib”, - deyə Ş.Rəhmanlı deyib.

İctimai Birliyin sədri, həmçinin vurğulayıb ki, region gəncləri ilə fəal işləyən təşkilat olaraq növbəti il üçün də planlar hazırdır və gələn il regionlardakı fəaliyyət daha da genişləndiriləcək: “Bu illər ərzində həyata keçirilən tədbirlər, gənclər təşkilatlarının bir-biri ilə səmərəli əməkdaşlığı, dövlətin bu sahədə dəstəyi gənclərin hərtərəfli faydalanması və inkişafına gətirib çıxararaq 30 ilə yaxın davam edən həsrətə son qoyan tarixi missiyanın gerçəkləşdirilməsində böyük rol oynadı. Ölkə gəncliyi ötən il 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, Vətənimizə, milli-mənəvi dəyərlərimizə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Heç şübhəsiz, Azərbaycanın bu uğurları qazanmasında, o cümlədən müzəffər xalq, rəşadətli Ordu və qalib gəncliyin formalaşmasında Ulu Öndərimizin əsasını qoyduğu dövlət gənclər siyasətinin təsiri danılmazdır. Əminik ki, bundan sonra da, bu istiqamətlərdə fəaliyyətlərimizi uğurla davam etdirəcəyik. Bu dəfə isə daha əmin addımlarla - qalib gəncliyin nümayəndələri kimi! Şüarımız isə dəyişməzdir: “Daim irəlidə, “İrəli” ilə birgə olmaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq