CƏMİYYƏT


Şahmar Mövsümov: Pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

2020-ci ildə başlamış pandemiya davam edir və bir çox ölkədə növbəti dalğa başlayıb. Azərbaycanda da yeni dalğanın başladığı görünür. Ölkəmizdə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir. Azərbaycanda vaksinasiyaya başlandığı gündən vəfat edənlərin 99 faizi peyvənd olunmamış insanlar olub. Bizim pandemiyadan çıxış yolumuz yalnız vaksinasiyadan asılıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, tibb, təhsil və elm müəssisələrində, bütün dövlət qurumlarında və xidmət sektorunda çalışanların 80 faizi sentyabrın 1-dək birinci doza, oktyabrın 1-dək isə ikinci dozanı vurdurmalıdırlar.

Hazırda bu prosesin operativ tətbiqi üçün “ASAN xidmət” tərəfindən proqram təminatı hazırlanıb. Bu proqram təminatı haqqında mərkəz tərəfindən əlavə açıqlama veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.