CƏMİYYƏT


Şahmar Mövsümov: Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz müsbət nəticələrini verməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib. Hazırda vaksinasiya prosesi önəmlidir. Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.