İDMAN


Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək

Bakı, 28 yanvar, AZƏRTAC

Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib.

Turnir noyabrın 24-dən dekabrın 16-dək Dubayda “Expo-2020” çərçivəsində keçiriləcək.

Qeyd edək ki, ötən il martın 15-də Yekaterinburq şəhərində start götürən iddiaçılar turniri koronavirus pandemiyasına görə həmin ayın 26-da dayandırılıb. Yarışın qalibi şahmat tacı uğrunda dünya çempionatında iştirak hüququ qazanacaqdı.

Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. Şahmat tacı uğrunda görüşdəki rəqibi namizədlər turnirinin qalibi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.