İDMAN


Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsen daha bir qələbə qazanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 9-cu turu keçirilib.

AZƏRTAC xəbər verir ki, bir gün istirahətdən sonra keçirilən növbəti turda qara fiqurlarla mübarizə aparan M.Karlsen rəqibi üzərində daha bir qələbə qazanıb.

Bununla da dünya çempionu rusiyalı şahmatçı ilə hesab fərqini daha da artırıb (6:3).

On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.