İDMAN
Şahmat üzrə Azərbaycan millisi dünya çempionatında Misir yığmasına qalib gəlib
Astana, 14 mart, AZƏRTAC
Qazaxıstanda ilk dəfə keçirilən kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatı martın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, milli komandamız dünya çempionatının sonuncu – doqquzuncu turunda çempionatın autsayder Misir yığmasına qalib gəlib – 2,5:1,5.
Ümumiyyətlə, komandamız çempionat ərzində Çin, İngiltərə, Qazaxıstan, İsveç, ABŞ, Rusiya, Hindistan və İran milliləri ilə qarşılaşıb.
Dünya çempionatında Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparıblar.
Dünya çempionatının qalibi adını Rusiya millisi qazanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]