İDMAN


Şahmat üzrə dünya çempionatında komandamız yeddinci olub

Bakı, 14 mart, AZƏRTAC

Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib.

Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub.

İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.