İDMAN
Şahmat üzrə dünya çempionatında üçüncü turun oyunları keçirilir
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının üçüncü turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası növbəti turda ev sahibi ilə qarşılaşır. Şahmatçılarımız Arkadi Naydiç Rinat Jumabayev, Rauf Məmmədov Murtaz Kajqaleyev, Qədir Hüseynov Anuar İsmaqambetov, Eltac Səfərli Denis Maxnyev ilə görüşür. Qeyd edək ki, komandamız ötən turlarda İngiltərə və Çin yığmalarına məğlub olub.
Üçüncü turda İran-İsveç, Misir-Hindistan, Rusiya-Çin, İngiltərə-ABŞ qarşılaşmaları keçiriləcək.
İki turun nəticəsinə görə, Rusiya, ABŞ, İngiltərə milliləri 4 xal, Hindistan, Çin, Qazaxıstan yığmaları 2 xal, İran seçməsi isə 1 xal toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]