İDMAN


Şahmatçılarımız Avropa çempionatına qələbə ilə start veriblər

Bakı, 16 oktyabr, AZƏRTAC

Müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımızın çıxışı davam edir.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Kənan Qarayev (20 yaş), Uğur İlyaslı, Mələk İsmayıl (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Şamil Məmmədov, Orxan Bağırov, Nərmin Abdinova, Ləman Nağıyev (14 yaş), Cahandar Azadəliyev, Ramazan Şərifov, Lalə Hüseynova, Xanım İsmayılova, Zərifə Abbasova (12 yaş), Xaqan Əhməd, Yusif Kərimli, Səadət Bəşirli, Dinarə Hüseynova, Əsnad Vəliyeva (10 yaş) turnirə qələbə ilə start veriblər. Bu gün şahmatçılarımız ikinci turda iştirak edəcəklər.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.