İDMAN


Şahmatçılarımız Aydın Süleymanlı və Əhməd Əhmədzadə Çorum Olimpiadasında fərqləniblər

Bakı, 6 noyabr, AZƏRTAC

Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Olimpiadanın qalibi olub.

AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüblər. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Şahmatçılarımız yarışın təntənəli bağlanış mərasiminə milli geyimdə qatılıblar. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub.

Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibəti ilə təbrik edib. Ardınca şahmatçılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da mötəbər yarışda komandamızı dəstəkləmək üçün Türkiyədə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.