İDMAN


Şahmatçılarımız Daşkənddə keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

Şahmatçılarımız Daşkənddə keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

Bakı, 5 may, AZƏRTAC

Şahmatçılarımız Daşkənddə keçirilən Aqzamov memorialına qələbə ilə başlayıblar.

AZƏRTAC xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində birinci turda Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Manafov rəqiblərinə qalib gələrək aktivlərinə 1 xal yazdırıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir. Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan 16-sı qrosmeysterlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.