İDMAN


Şahmatçılarımız İranda keçirilən beynəlxalq festivalın birinci turunda qələbə qazanıblar

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 14-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində start götürən 18-ci “Caspian Cup” festivalında birinci turun oyunlarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın A (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov, Vüqar Rəsulov, Azər Mirzəyev, Kənan Əhədzadə, Süleyman Süleymanlı, Şahin Vəliyev, İsmayıl Qurbanov, Habil Cavadov, Emin Novruzov birinci turda qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Xatun Bağırova məğlub olub.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.