İDMAN


Şahmatçımız Lissabonda keçirilən açıq turnirin liderlər qrupunda mübarizəni davam etdirir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan şahmatçısı Vüqar Əsədli Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirin liderlər qrupunda mübarizəni davam etdirir.

AZƏRTAC xəbər verir ki, turnirdə klassik yarışların dördüncü turunda mübarizə aparan V.Əsədli növbəti qələbəsini yerli idmançı Andre Neves Fidalqo üzərində qazanıb. O, maksimum xalla turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Komandamızın digər üzvlərindən Zaur Bayramov polşalı Paveł Yaratsı məğlub edərək xal ehtiyatını 3,5-ə çatdırıb. Nail Bəşirli isə rusiyalı Aleksander Motılevə məğlub olub. N.Bəşirlinin aktivində 2,5 xal var.

Şahmatçılarımız bu gün beşinci turda mübarizə aparacaqlar. V.Əsədli rusiyalı Yevgeni Alekseyev, Z.Bayramov portuqaliyalı Kevin Spraget, N.Bəşirli isə braziliyalı Guilherme Deola Borges ilə qarşılaşacaqlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 227 şahmatçı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.